Kamran Əliyev 3 rayona yeni prokuror TƏYİN ETDİ – ÖZƏLbackend

Kamran Əliyev 3 rayona yeni prokuror TƏYİN ETDİ – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub.

Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən ədliyyə müşaviri Fuad Məmmədov paytaxtın Binəqədi rayonuna yeni prokuror təyin edilib.

 

Baş prokurorun digər əmri ilə ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.