Gürcüstanın paytaxtı Tiflis şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.
Məlumata görə, mer klinikalardan birində müayinə olunduğunu bildirib:
“Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.
Qeyd edək ki, son günlər Tiflis meri ictimaiyyət qarşısında görünmürdü.
İnterpress.az