Keçmiş həyat yoldaşının evinə dinləmə cihazı yerləşdirən şəxs saxlanılıb (VİDEO)backend

Keçmiş həyat yoldaşının evinə dinləmə cihazı yerləşdirən şəxs saxlanılıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə keçmiş həyat yoldaşının evinə dinləmə aparatları quraşdırıb ona nəzarət edən 1979-cu il təvəllüdlü şəxs həbs edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən şəxs keçmiş həyat yoldaşının evinin qonaq otağına və yataq oyağına bir neçə ay öncə xüsusi dinləmə cihazı yerləşdirib, həmin cihaza zəng etməklə qanunsuz olaraq zərərçəkmiş şəxsin danışıqlarını dinləyib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs polis tərəfindən saxlanılıb, sözügedən şəxsi 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı istintaq isə davam etdirilir.