Kəlbəcər üçün mühüm addım: Yeni stansiya istifadəyə verildibackend

Kəlbəcər üçün mühüm addım: Yeni stansiya istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonunun Zağalı və Əhmədli kəndləri ərazilərində müasir tələblərə uyğun tikilərək istifadəyə verilən “Zağalı” və “Əhmədli” elektrik yarımstansiyalarının açılış olub.

Yarımstansiyanın qurulması ilə Daşkəsənin ucqar dağ kəndləri keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bildirilib ki, “Gəncə” yarımstansiyasından Kəlbəcər istiqamətində 44 kilometr uzunluğunda iki dövrəli elektrik verilişi xətti çəkilib və yarımstansiyanın gücü iki dəfə artırılıb.

Xəttin çəkilişi zamanı Daşkəsən yarımstansiyası da tamamilə yenidən qurulub.

Müasir tələblərə uyğun tikilərək istifadəyə verilən “Zağalı” və “Əhmədli” elektrik yarımstansiyaları rayonda təxminən 30-dan artıq kəndin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə tam təmin edəcək. Beləliklə yarımstansiyanın qurulması ilə ucqar dağ kəndi 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi  ilə təmin olunacaq.

Yeni yarımstansiya Kəlbəcər rayonu üçün də mühüm əhəmiyyət daşıyır. “Əhmədli” yarımstansiyasının istifadəyə verilməsi Kəlbəcər rayonunun 24 saat fasiləsiz elektrik enerjisi ilə təminatında xüsusi əhəmiyyət daşıyacaq.