Kişi gürzəni ÖLDÜRDÜ: Cinayət məsuliyyətinə CƏLB OLUNDU – VİDEObackend

Kişi gürzəni ÖLDÜRDÜ: Cinayət məsuliyyətinə CƏLB OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanlı kişi “Qırmızı Kitab”a düşən küt burunlu gürzəni öldürdüyünə görə cinayət işi ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dağıstan sakini zəhərli gürzə ilanı ilə qarşılaşdıqdan sonra onu öldürüb.

Hadisəni dostlarına göstərib və onlar bu anı videoya çəkərək internetdə yayıblar.

Kadrlarda gürzənin məhv edilməsi əks olunduğuna görə polis videonu araşdırmağa başlayıb.

Fakt üzrə qanunsuz ovçuluq (brakonyerlik) maddəsi ilə yoxlama aparılır.

Xuraman Etibarlı

İnterpress.az