KİV: “Ekvadorun paytaxtında həbsxanada iğtişaşlar zamanı beş məhbus ölüb”backend

KİV: “Ekvadorun paytaxtında həbsxanada iğtişaşlar zamanı beş məhbus ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 7-də axşam saatlarında Ekvadorun paytaxtı Kitoda yerləşən “El Inca” həbsxanasında məhbus dəstələri arasında toqquşmalar baş verib.

İnterpress.az “El-Universo” qəzetinə istinadən xəbər verir ki, iğtişaşlarda azı beş məhkum ölüb, bir o qədər də yaralı var.

Hazırda islah müəssisəsində vəziyyət rəhbərliyin nəzarətindədir. Zərərçəkənlərin durumu barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən həftə Quayakil şəhərindəki 1 saylı həbsxanada iğtişaşlar zamanı 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və hərbçi yaralanıb.

Qeyd edək ki, həbsxanalarda asayişi bərpa etmək cəhdi Cənubi Amerika ölkəsində təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsinə səbəb olub. Təhlükəsizlik qüvvələrinə beş nəfərin ölümü ilə nəticələnən silsilə hücumlardan sonra ölkə rəhbərliyi bu ayın əvvəlində Quayas, Santo-Dominqo-de-los-Tsaçilas və Esmeraldas əyalətlərində fövqəladə vəziyyət elan edib.

2021-ci ilin noyabrında Quayakildəki 1 saylı həbsxanasında bir-birinə düşmən olan bandaların toqquşmaları azı 58 nəfərin həyatına son qoyub, 10-dan çox adam yaralanıb. Eyni yerdə keçən il sentyabrın sonunda iğtişaşlar zamanı 119 məhbus öldürülüb.