KİV: “İran İraqdakı qaçqın düşərgəsinə zərbə endirib”backend

KİV: “İran İraqdakı qaçqın düşərgəsinə zərbə endirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələri İraqın Kürdüstan regionunda Tehrana müxalif partiyanın qərargahına və qaçqın düşərgəsinə hücum edib.

Bu barədə “Shafaq” xəbər agentliyi məlumat yayıb.

“İranın kürd müxalifət partiyasının Ərbil yaxınlığındakı Koy-Sancak şəhərindəki qərargahı vurulub”, – yerli mənbə agentliyə bildirib.

Dəqiq nəyin vurulduğu hələ aydın deyil. “Al-Sumaria” kanalının mənbəsinin məlumatına görə, zərbə üç raketlə endirilib.

İranın daha bir hücumu Ərbilin şimalındakı Bahirqa şəhərindəki qaçqın düşərgəsini edilib. İtkilər barədə məlumat yayılıb.

Zərbələrlə eyni vaxtda ABŞ-ın Ərbildəki konsulluğunda həyəcan təbili çalınıb.