KİV: “Rusiya İran istehsalı PUA-larla Ukraynaya yenidən hücum etməyə başlayıb”backend

KİV: “Rusiya İran istehsalı PUA-larla Ukraynaya yenidən hücum etməyə başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya “Şahid” PUA-ları ilə Ukraynaya – Dnepr şəhərinə yenidən hücum etməyə başlayıb.

Bu barədə ukraynalı sosial şəbəkə istifadəçiləri və rusiyalı hərbi bloqçular məlumat yayıblar.

Onlar İran istehsalı pilotsuz uçuş aparatlarının mühərriklərinin xarakterik səsindən və partlayışlarından yazırlar. Məlumatı Dnepropetrovsk vilayətinin Şura sədri Mikola Lukaşuk təsdiqləyib.

Qeyd edək ki, Rusiya artıq bir neçə həftədir ki, Ukraynaya hücumlarda “Şahid”dən (Rusiya adı “Geran”dır) istifadə etmirdi.