Kiyev Azərbaycanlıları Konqresinin sədri diaspor fəalları ilə görüş keçiribbackend

Kiyev Azərbaycanlıları Konqresinin sədri diaspor fəalları ilə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Kiyevdə RAU-nun ofisində Kiyev Azərbaycanlıları Konqresinin sədri, RAU-nun həmtəsisçisi və idarə heyətinin üzvü Oleq Krapivin ilə Kiyevdəki diaspor fəalları ilə görüş keçirilib.

İnterpress.az xəbər verir ki, O.Krapivin son günlər Ukraynada baş verən ağır hadisələrdən danışıb.

O qeyd edib ki, Ukrayna bizim ikinci vətənimizdir, biz həmişə burada özümüzü rahat hiss etmişik və belə çətin gündə Ukraynanın yanında olacağıq.

O, soydaşlarımızın əksəriyyətinin artıq təxliyə olunduğunu vurğulayaraq, qadın və uşaqların döyüş bölgəsindən çıxarılmasının vacibliyini qeyd edib. O, həmçinin əlavə edib ki, son evakuasiyaya qədər Kiyevdə olacaq.

O.Krapivin RAU rayon təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib.

O, Ukrayna xalqına göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin evakuasiyanın təşkilində göstərdiyi köməyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və komandasına təşəkkürünü bildirib.

“Qeyd etmək istərdim ki, RAU işləyir, regionlardakı bütün nümayəndəliklər də işləyir və biz bütün vətənpərvər insanları RAU ətrafında birləşməyə çağırırıq” – sonda O.Krapivin əlavə edib.