Kolumbiya prezidenti şəxsi təyyarəsini ABŞ-dən deportasiya olanlar üçün GÖNDƏRDİbackend

Kolumbiya prezidenti şəxsi təyyarəsini ABŞ-dən deportasiya olanlar üçün GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp bir gündə Kolumbiyanı qeyri-qanuni miqrantlarla bağlı çıxılmaz vəziyyətə salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kolumbiya mediası məlumat yayıb. Bildirilir ki, Kolumbiya prezidenti şəxsi təyyarəsini ABŞ-dən deportasiya uçuşlarına həsr edib.

Kolumbiya lideri Qustavo Petro qeyri-qanuni miqrantları daşıyan ABŞ hərbi yük təyyarəsini qəbul etməkdən imtina etdikdən sonra prezident təyyarəsindən bu məqsədlə istifadə edilməsini əmr edib.

Kolumbiya hökuməti bu səhər deportasiya uçuşları ilə ölkəyə gəlməli olan həmvətənlərinin ləyaqətlə geri qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi ayırıb.

Bundan əvvəl ölkə hakimiyyəti səmanı iki Amerika “deportasiya” təyyarəsinin üzünə bağlamışdı. Kolumbiya Prezidenti bunu ABŞ-nin kolumbiyalı miqrantlara ‘insan kimi deyil’ rəftar etdiyi üçün etdiyini deyib.

Buna cavab olaraq Tramp Kolumbiya iqtisadiyyatına qarşı qaçılmaz sanksiyaları açıqlayıb. Hansı ki, hakimiyyət hamını öz başına qaytarana qədər fəaliyyət göstərməli idi.

Bir saat sonra ölkə prezidenti ABŞ-dən qeyri-qanuni mühacirləri götürmək üçün şəxsi prezident təyyarəsini göndərəcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az