Könüllülər Gənclər günü münasibətilə mükafatlandırıldı – FOTObackend

Könüllülər Gənclər günü münasibətilə mükafatlandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-də Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2020-ci il “Könüllülər ili”nin ən fəal könüllülərinin mükafatlandırılması mərasimi keçirilib.

Könüllülər dörd fərqli kateqoriyada – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” kateqoriyaları üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub, onlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Pandemiya dövründə könüllülük” və “Sosial könüllülük” kateqoriyalarının hər biri üzrə 17, “Müharibə dövründə könüllülük” üzrə 15, “Ekoloji könüllülük” üzrə yeddi nəfər olmaqla ümumilikdə 56 gənc, iki təşkilat və bir sosial təşəbbüs qrupu – “Biganə Qalma” komandası mükafatlandırılıb. Təltif olunan təşkilatlar sırasında “IDEA” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi də yer alıb.

Xatırladaq ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə “Könüllülər ili” çərçivəsində “İlin Könüllüsü” medalı təsis edilmişdir. Azərbaycan könüllüləri ötən il ərzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan bir sıra humanitar aksiyalar və sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edib, eyni zamanda istər pandemiya ilə mübarizənin ön xəttində, istərsə də Vətən müharibəsi zamanı informasiya müharibəsində dayanmadan fəaliyyət göstərərək birlik və həmrəylik nümunəsi olmağı bacarıblar.