Kreml yaxınlığında 2 saatlıq TƏQİB: Skuterdəki meymuna polis ÇATA BİLMƏDİ – VİDEObackend

Kreml yaxınlığında 2 saatlıq TƏQİB: Skuterdəki meymuna polis ÇATA BİLMƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskvanın Tverskaya küçəsində uğursuz təqib baş verib. Skuterdə olan meymun yol polisi əməkdaşlarından qaça bilib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bu gün Moskvanın Tverskaya küçəsində qeyri-adi hadisə yaşanıb — mavi sviter geyinmiş bir meymun sarı skuterlə polis əməkdaşlarından qaçaraq iki saatlıq “təqib”ə səbəb olub.

Görənlərin sözlərinə görə, hadisə Kreml yaxınlığında baş verib və beş patrul maşını heyvanı yaxalamağa cəhd edib.

Qovma nəticəsiz qalıb – meymun yoxa çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb, polis axtarışları davam etdirir.

Kreml yaxınlığındakı möhtəşəm təqib iki saat davam edib.

Xuraman Etibarlı

İnterpress.az