Voronejdə küçədə aqressiv davranışlar sərgiləyən kişi xəstəxanaya aparılarkən ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hadisə Rusiyanın Voronej şəhərində yerləşən “Tsvetnoy bulvar” yaşayış kompleksində baş verib.
Məlumata görə, şəxs küçədə qaçaraq yoldan keçənlərə hücum edib, yaşayış binasının pəncərə və eyvanlarına çırpılıb, həmçinin avtomobillərin yan güzgülərini sındırmağa çalışıb. Bu zaman o, müxtəlif bədən xəsarətləri alıb.
Hadisə şahidləri təcili tibbi yardım çağırıblar. Həkimlər kişini xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda dünyasını dəyişib.
İlkin məlumata əsasən, ölümün səbəbi kəskin qan itkisi olub. Hazırda həyatını itirən şəxsin kimliyi dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






