“Kukla manyakı” azadlığa buraxılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
2011-ci ildə mənzilində 26 mumiyalaşdırılmış uşaq meyiti tapılan Anatoli Moskvini psixiatrik klinikadan evə buraxmağa hazırlaşırlar.
Məlumata görə, o, artıq ailəsinə qaytarıla bilər və təxminən bir aya azadlığa çıxacaq.
Hazırda Moskvinin yeriməkdə və danışmaqda çətinlik çəkdiyi bildirilir. Lakin onun dəhşətli keçmişi və “paranoid şizofreniya” diaqnozu cəmiyyət arasında ciddi narahatlıq yaradıb.
Xuraman Etibarlı
İnterpress.az






