Kürdəmirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölübbackend

Kürdəmirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Kürdəmir rayonunda baş verən qəzada xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib.

Hadisə səhər saatlarında Bakl-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

“Opel” markalı avtomobilin sürücüsü, 25 yaşlı Quliyev Ceyhun Nəsimi oğlu idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Avtomobildə olan digər şəxs, 61 yaşlı Quliyev Rəfael Şahmalı oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

11:15

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan “Opel” markalı avtomobilin sürücüsü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə aşaraq yolun kənarına düşüb.

Hadisə zamanı avtomobilin sürücüsü və hələlik şəxsiyyəti məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.