Küveytin yeni əmiri taxta çıxdıbackend

Küveytin yeni əmiri taxta çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin yeni əmiri Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah taxta çıxıb.

İnterpress.az bildirir ki, bi barədə “RİA Novosti” xəbər yayıb.

Onun əmir təyin olunması, Küveyt hökumətinin keçmiş əmiri IV Sabahın ölüm xəbəri ilə bağlı fövqəladə iclasdan sonra elan edilib.

Yerli telefiziya kanallarında vəliəhd şahzadə 83 yaşlı Nəvaf Əs-Sabahın yeni əmir kimi Parlamentdə and içməsi göstərilib.

Küveyt konstitusiyasına görə, taxtın varisi, hökmdarın ölümündən sonra avtomatik olaraq əmir təyin edilir, lakin Milli Məclis (bir palatalı parlament) qarşısında and içdikdən sonra tam səlahiyyətə malik olur.

Xatırladaq ki, bir gün əvvəl keçmiş əmir IV Sabah ABŞ-da müalicə aldığı ABŞ xəstəxanasında  ölüb.

 

İnterpress.az