Laçın dəhlizində mini gömrük postunu Azərbaycan belə izləyəcəkbackend

Laçın dəhlizində mini gömrük postunu Azərbaycan belə izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimd izləyə biləcək”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Bu, daha mümkün versiyadır. Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını – rentgen skanerləri təmin edəcək, postda rus hərbçiləri dayansa da Azərbaycan onlayn rejimdə izləyə biləcək” – o əlavə edib.