“Ermənistan tərəfinin, suveren Azərbaycan torpağı olan Qarabağ iqtisadi rayonuna silah-sursat daşıması faktlarının təkrarlanması, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsinin yaradılmasını zəruri edir”
Bu fikirləri “İnterpress.az”a açıqlamasında ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
O qeyd edib ki, Azərbaycan dövlətinin bütün xəbərdarlıqlarına rəğmən, Ermənistan tərəfinin bu kimi təxribatlara davam etməsi, rəsmi İrəvanın sülh gündəliyinə ciddi yanaşmadığını əsas göstəricisidir:
“Azərbaycan rəhbərliyinin siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti hesabına azad edilən Vətən torpaqlarında, qondarma erməni xunta rejiminə aid tör-töküntülərin qeyri-konstruktiv hərəkətləri, Azərbaycan dövlətinin öz suveren torpaqlarında anti-terror əməliyyatları həyata keçirməsinə zəmin yaradıb.Bu dünya praktikasında da öz əksini tapmış cavab tədbiridir və Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları da daxil olmaqla, heç bir üçüncü tərəfin müdaxilə predmeti ola bilməz”