Lənkəranda tələbənin kütləvi davada qətlə yetirilməsilə bağlı TƏFƏRRÜATLAR – ÖZƏLbackend

Lənkəranda tələbənin kütləvi davada qətlə yetirilməsilə bağlı TƏFƏRRÜATLAR – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda tələbənin kütləvi davada qətlə yetirilməsilə bağlı təfərrüatlar məlum olub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, əslən Cəlilabad rayonundan olan Tosif Şöhlət oğlu Nəsirov Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi olub.

O, ali təhsil müəssisəsinin Turizm işinin təşkili ixtisasında 3-cü kursda oxuyurmuş.

Qeyd edək ki, bədbəxt hadisə noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində baş verib. Kütləvi dava zamaı 2003-cü il təvəllüdlü Tosif Nəsirov öldürülüb.

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

İnterpress.az