Levandovski dünya çempionatının favoritini açıqlayıbbackend

Levandovski dünya çempionatının favoritini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritini açıqlayıb.

Bu barədə “SportsCenter” nəşri məlumat yayıb.

“Argentina təkcə qrupumuzun deyil, bütün turnirin favoritidir. Biz bunu başa düşürük. Üstəlik, Leo Messi çox yaxşı formadadır. Kimlə qarşılaşacağımızı bilirik”, – R.Levandovski deyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək. Həmçinin onlarla eyni qrupda Seneqal və Niderland da oynayacaq.