“Lirənin sürətlə ucuzlaşmasının iqtisadiyyata təsiri qaçılmazdır” – Şərhbackend

“Lirənin sürətlə ucuzlaşmasının iqtisadiyyata təsiri qaçılmazdır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk lirəsinin ucuzlaşması ölkənin yoxsullaşmasına və iqtisadiyyatın yavaşımasına təkan verə bilər”.

“Türkiyənin milli valyutası olan lirənin kəskin ucuzlaşmasında xarici təsirlərin rolunu dəyərləndirən politoloq Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə,  Türkiyədə iqtisadi böhran dərinləşir. Bu il lirə ABŞ dolları qarşısında 30%-dən çox dəyər itirib və Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirib:

“İnflyasiyanın 20 faizə yaxın olmasına baxmayaraq, Mərkəzi Bankın bu qərarı verməsi lirəyə təzyiqi artırır. Dollar-lirə məzənnəsi ilk dəfə noyabrın 12-si psixoloji hədd olan 10-u ötüb. Türk lirəsi noyabr ayında dollar qarşısında 11 faiz dəyər itirərək, inkişaf etməkdə olan ölkələr sırasında ən pis göstərici nümayiş etdirən valyuta olub.

Türk lirəsinin səkkizinci həftədir sürətlə ucuzlaşması Türkiyənin valyuta böhranı içərisində olduğunu deməyə əsas verir və türk lirəsinin sürətlə ucuzlaşmasının iqtisadiyyata təsiri qaçılmazdır. Türk lirəsinin ucuzlaşması ölkənin yoxsullaşmasına, iqtisadiyyatın yavaşımasına və korporativ borc böhranına təkan verə bilər. Bununla yanaşı, Türkiyənin aparıcı müxalif partiyaları da ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir”.

Yeganə Hacıyeva vurğulayıb ki, postpandemiya dönəmində bütün ölkələrdə milli valyutaların ucuzlaşması prosesi baş verdi:

“Bir sıra dövlətlər  süni tətbiqlərlə milli valyutalarının dəyərdən düşməsinin qarşısını alır, əlavə maliyyə xərcləməklə öz valyutalarının sabit məzənnəsini, bir sözlə dəyərini qoruyur. Türkiyə lirəsi ilə bağlı onların Mərkəzi Bankının siyasəti milli valyutanın üzən məzənnə tətbiqidir. İstər daxili, istər regional,  istər də qlobal səviyyədə baş verən  istənilən iqtisadi dəyişikliklərin Türkiyənin valyutasına təsiri qaçılmaz olur”. 

Gülşən