Los-Anceles polisi ermənilərə xəbərdarlıq edibbackend

Los-Anceles polisi ermənilərə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Anceles polisi ermənilərin təcavüzkar davranışına və vandalizm hərəkətlərinə görə onlara xəbərdarlıq edib

Məlum olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin ərazi bütövlüyünün bərpası və işğal altında olan ərazilərin azad edilməsi uğrunda şiddətli döyüşlər gedir.

İnterpress.az  xəbər verir ki, Qarabağda Azərbaycanın bir neçə kəndinin azad edilməsi və bir neçə strateji yüksəkliklər üzərində Azərbaycan ordusunun nəzarətinin bərpa edilməsi barədə xəbərlərdən sonra ABŞ-da yaşayan ermənilər Azərbaycanın diplomatik missiyalarının binaları qarşısında növbəti nümayişlər keçirmək təklifi ilə çıxış ediblər.

Kaliforniya erməni icmasının üzvləri erməniləri Los-Ancelesdə Azərbaycanın baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçirməyə çağırıblar. Bu il iyul ayında erməni gənclərin 3 azərbaycanlıya qarşı milli nifrət zəminində törətdiyi cinayətin Los-Anceles polisi tərəfindən təhqiqatı hələ başa çatmayıb. Buna baxmayaraq ermənilər sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv çıxışlar paylaşmaqda davam edirlər.

Bununla əlaqədar Los-Anceles polisi öz rəsmi saytında ermənilərin təcavüzkar davranışına və vandalizm hərəkətlərinə görə onlara xəbərdarlıq edən bəyanat yerləşdirib. Bəyanatda deyilir ki, Los-Anceles polis departamenti Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişənin genişlənməsi barədə məlumatlıdır və bununla əlaqədar söz azadlığı üçün şərait yaradılmasını təmin edəcək. Lakin polis departamenti qeyd edir ki, etirazçılar tərəfindən aqressiv davranışa və vandalizmə imkan verilməyəcək, belə hərəkətlərə görə məcburetmə və ya həbs tədbirləri tətbiq ediləcək. Bəyanatda daha sonra qeyd olunur ki, gərginliyin artdığı dövrdə Los-Ancelesdə həm erməni, həm də Azərbaycan icmasının müdafiəsini təmin etmək üçün patrul xidməti gücləndiriləcək.

 

İnterpress.az