Qərb Rusiyanı diz çökdürə bilməyib.
İnterpress.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya Baş nazirinin birinci müavini Denis Manturovla görüşündə deyib.
O bildirib ki, Qərb Belarus və Rusiyanı sıxıb diz çökdürə bilmədi.
“Biz son vaxtlar ruslarla çox danışırıq ki, Qərb nə bizi diz çökdürə, nə sıxışdıra, nə də əyə bildi”, – prezident bildirib.
Lukaşenko əlavə edib ki, bunda hətta sanksiyalar altında da inkişaf edən Rusiya sənayesi xüsusi rol oynayıb.
Xuraman Etibarlı
İnterpress.az