Macarıstan Aİ-nin Belarusdakı seçkilərin tanınmaması ilə bağlı birgə bəyanatını bloklayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb. Bildirilir ki, Aİ Macarıstanın imzası olmadığı üçün 27 üzvünün birgə bəyanatını dərc edə bilməyib.
Əvəzində Aİ-nin xarici işlər naziri Kaya Kallas və Avropa Qonşuluq və Genişlənmə üzrə komissarı Marta Kos bəyanat yayıblar.
“26 yanvar seçkiləri nə azad, nə də ədalətli keçib və Belarus xalqı ölkəsini kimin idarə edəcəyi sualında real səsə layiqdir”, – sənəddə vurğulanır.
Xuraman Etibarlı
İnterpress.az