Madriddə restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlanıb – FOTObackend

Madriddə restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxslər İspaniyanın paytaxtında restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlayıblar.

Məlumata görə, quldurlar şərabı iki Mişlen ulduzu olan müəssisənin zirzəmisindən götürüblər. Cinayətkarlar həmin vaxt bağlı olan yaxınlıqdakı aptekdən keçərək restorana daxil olublar.

Polis hadisə ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun sifarişli cinayət olduğundan şübhələnirlər.

Restoranın nümayəndəsi Rafael Sandovalın sözlərinə görə, əvvəlcə cinayətkarlar divarda dəlik açmağa cəhd ediblər. Buna nail olmadıqda, apteklə ümumi olan həyətə düşüblər və zirzəmiyə girmək üçün şüşəni sındırıblar. Oğrular restoranda həyəcan siqnalını söndürməyi də bacarıblar.

 

Mənbə: TASS