Mahir Emrelinin baş məşqçisi istefa veribbackend

Mahir Emrelinin baş məşqçisi istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.

İnterpress.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis bu barədə Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Kopiç rəhbərliyə, oyunçulara və klubun bütün işçilərinə təşəkkür edib.

Qeyd edək ki. Jelko Kopiç 2021-ci ilin dekabrından komandanın baş məşqçisidir. Son ölkə çempionu ötən gün IX turdan təxirə salınmış oyunda “Hayduk”a 0:1 hesabı ilə uduzub. Baş məşqçi matçdan sonra mətbuat konfransına qatılmayıb.