Makron Rusiya ərazisini Fransa raketləri ilə vurmaq icazəsini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, buna əminliyini BBC-yə müsahibə verən adı açıqlanmayan hərbi aviasiya zabiti bildirib.
Makron dolayı yolla Ukraynaya Rusiyaya hücum etməyə icazə verib.
Fransa prezidenti Emmanuel Makron son açıqlaması ilə dolayısı ilə Ukraynaya 250 km-ə qədər mənzilli Storm Shadow/SCALP raketlərindən istifadə etməklə Rusiya ərazisindəki hərbi hədəfləri vurmağa icazə verib.
Nəşr bu həftə Makrondan sitat gətirib: “Biz Ukraynaya raketlərin buraxıldığı hərbi obyektləri və əslində Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik”.
Xuraman Etibarlı
İnterpress.az