Mançesterdə müsəlmanlara hücum edən zabiti işdən qovulub.
interpress.az xəbər verir ki, bu barədə Mançester polisi məlumat yayıb.
Mançester polisi Mançester Beynəlxalq Hava Limanında müsəlman sərnişinlərə hücum edən zabiti işdən uzaqlaşdırdıqlarını və hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.
Sosial şəbəkələrdə geniş yayılan videoda polis məmurunun yerdə uzanan bir adamın üzünə təpiklə vuraraq onu ayaq altına alması görünür. Zabit iki nəfərə qarşı səs-küylü silahdan da istifadə edib.
Bəzi KİV-lər polislərdən birinin yaşlı qadını itələdiyini yazır, digər nəşrlər isə polislərdən birinin burnunun sındığını iddia edir.
Xuraman Etibarlı
İnterpress.az