Mançesterdə sinaqoqa hücum edən şəxs İŞİD-ə BEYƏT EDİBbackend

Mançesterdə sinaqoqa hücum edən şəxs İŞİD-ə BEYƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mançester sinaqoquna hücumu həyata keçirən Suriya əsilli Britaniya vətəndaşı İŞİD-ə beyət etdiyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Britaniya polisi bildirib ki, Mançesterdə sinaqoqa hücum edən 35 yaşlı, suriyalı əsilli Böyük Britaniya vətəndaşı Cihad əl-Şami hadisə zamanı polisə zəng edərək İŞİD-ə sədaqət andı içib.

Məlumata görə, hücumla bağlı istintaq davam edir, hadisənin terror aktı kimi qiymətləndirilməsi ehtimalı araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az