Mark Rutte NATO-nun yeni Baş katibi seçilibbackend

Mark Rutte NATO-nun yeni Baş katibi seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şimali Atlantika Şurası Niderland Baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti Baş katibi təyin etmək qərarı verib.

İnterpress.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Cənab Rutte 2024-cü il oktyabrın 1-dən, cənab Stoltenberqin Alyansın rəhbərliyində on illik səlahiyyət müddəti başa çatdıqdan sonra Baş katib kimi öz səlahiyyətlərini icra etməyə başlayacaq”, – məlumatda deyilir.