Marneulidə şagirdlər arasında bıçaqlanma TƏFƏRRÜATIbackend

Marneulidə şagirdlər arasında bıçaqlanma TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Marneuli şəhərinin 2 nömrəli məktəbinin şagirdləri arasında baş verən bıçaqlanma ilə bağlı istintaq başladılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirməni nəzərdə tutan 120-ci maddə ilə istintaq başladılıb.

Məlumat üçün bildirək ki, bu gün Marneuli şəhərinin 2 saylı məktəbinin şagirdləri arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Bildirilir ki, gənclər arasında yaranan mübahisədən sonra, şagirdlərdən biri digərini ayaq nahiyəsindən yaralayıb.

Əldə olan məlumata görə, ayağından yüngül xəsarət alan tələbə artıq klinikadan evə buraxılıb.