Masallıda yol qəzası: yaralılar varbackend

Masallıda yol qəzası: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda mikroavtobusla “VAZ” markalı minik avtomobili toqquşub.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib.

Sürücülər xəsarət almasalar da, mikroavtobusda olan Qədirli kənd sakinləri 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.