Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamran Ağamaliyev, Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru Karin Hörhan, “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri Yörq Le Blank adıçəkilən layihənin əldə edilmiş nəticələri ilə bağlı Bərdə və Ağdam rayonlarına səfər edib.səfərdə Mingəçevir Peşə Məktəbinin və Bərdə Peşə Liseyinin direktoru İlham İlyasov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Bərdə Rayon İcra Hakimiyyətinin müavini Fəqət Şadlinskaya və Ağdam rayon İcra Hakimiyyətnin müavini Orxan Ələskərli iştirak edib.
Səfər çərçivəsində qonaqlar Bərdə İcma Mərkəzinə baş çəkib, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 866 saylı qəsəbənin sakinlərinin həyata keçirdikləri mikro-layihələrə baş çəkiblər. Daha sonra Ağdama səfəri davam etdirən qonaqlar orada layihə çərçivəsində yaradılmış istixanalara, quşçuluq, arıçılıq və çörəkbişirmə sexlərinə baş çəkib.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi 2017-ci ildən fəaliyyətə başlayıb. Layihə çərçivəsində Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafı məqsədilə tədbirlər həyata keçirilib.