Məhəmmədhüseyn Şəhriyarın ədəbi irsi ictimaiyyətə təqdim olunacaqbackend

Məhəmmədhüseyn Şəhriyarın ədəbi irsi ictimaiyyətə təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş yeni layihə həyata keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu məqsədlə hazırlıq işlərinə başlanılıb.

Layihə çərçivəsində hazırlanacaq internet səhifəsində şairin əlyazmaları, “Heydərbabaya Salam” poeması, İrandan əldə olunmuş kitablarının elektron versiyası və səsləndirdiyi şeirləri, habelə Şəhriyar irsinin araşdırmaçıları ilə müsahibələr toplanacaq.

Bundan əlavə, Bakıda və bölgələrdə Şəhriyar günlərinin keçirilməsi də nəzərdə tutulub.