Qumda svastika çəkən məktəblini 3 il həbs gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Tomsk vilayətinin 16 yaşlı sakini uşaq meydançasında oynayarkən qum üzərində nəhəng svastika çəkib. Bir nəfər bunu görüb, şəklini çəkib və polisə şikayət edib.
Nəticədə yeniyetmə saxlanılıb, mənzilində axtarış aparılıb.
Onun barəsində cinayət işi açılıb, inzibati protokol tərtib edilib.
İndi onu nasizmin reabilitasiyası maddəsi ilə 3 ilə qədər həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az