Məktəblilərə “Steam” və onlayn oyunlar üçün YENİ QADAĞA GƏLİRbackend

Məktəblilərə “Steam” və onlayn oyunlar üçün YENİ QADAĞA GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məktəblilərə valideyn icazəsi olmadan “Steam” vasitəsilə oyun almaq qadağan edilə bilər.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada azyaşlı məktəblilərin valideynlərinin icazəsi olmadan oyunlar satın almasını və “Steam” hesablarının balansını artırmasını qadağan edən yeni qanun layihəsi hazırlanır.

Bu təşəbbüs uşaqları onlayn fırıldaqçılardan və qeyri-qanuni pul köçürmələri ilə məşğul olan şəbəkələrdən qorumaq məqsədi daşıyır.

Əgər yeni qanun qəbul edilərsə, 18 yaşına çatmamış şəxslər yalnız valideynlərinin yazılı razılığı ilə elektron pul kisələri yarada biləcəklər.

Məlum olduğu kimi, bu cür elektron kisələr təkcə oyunların alınması üçün deyil, həm də müxtəlif onlayn xidmət və abunə haqlarının ödənilməsi üçün geniş istifadə olunur.

Mütəxəssislər hesab edirlər ki, bu məhdudiyyət uşaqların maliyyə təhlükəsizliyini təmin etməyə və valideynlərin xəbəri olmadan edilən nəzarətsiz xərclərin qarşısını almağa kömək edəcək.

Xuraman Etibarlı

İnterpress.аz