Məktəblilərin rəsm sərgisi təşkil olunub – Fotolarbackend

Məktəblilərin rəsm sərgisi təşkil olunub – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbdə Təsviri İncəsənət fənn müəllimi Ramilə Allahyarovanın təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Rəsm zamanın aynasıdır” adlı sərgi keçirilib.

İnterpress.az xəbər verir ki, sərgi istedadlı şagirdlərin üzə çıxarılması və stimullaşdırılması məqsədilə təşkil olunub.

Tədbirdə məktəbin direktoru Fəxriyyə Hüseynova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Yaydagül Rəhimova, Uşaq və Yeniyetmələrə Dəstək (UYD) ictimai birliyinin sədri Fərhad Abdulov, müəllimlər və valideynlər iştirak edib.  

İştirakçılar şagirdlərin əl işlərinə baxış keçirib, onların fərqli mövzularda çəkdikləri rəsmlər haqqında müzakirələr aparıblar.  Təbdir şagirdlər tərəfindən ifa edilmiş rəqslər, mahnılar ilə davam edib.

Çıxış edən qonaqlar bu kimi incəsənət fəaliyyətlərinin şagirdlərdə yumşaq bacarıqların, yaradıcı və tənqidi təfəkkürün inkişafına təsirindən bəhs edib.  

Daha sonra şagirdlər Fəxri Fərmanla təltif olunub, xatirə fotosu çəkdiriblər.