Məleykə Əsədova əsəbləşdi: “Bir tərbiyəsiz videomu götürüb …“backend

Məleykə Əsədova əsəbləşdi: “Bir tərbiyəsiz videomu götürüb …“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan montaj edilmiş videosu haqda danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” proqramında qonaq olan sənətçi bunu qara PR adlandırıb:

“TikToku qəbul etmirəm. Bir tərbiyəsiz götürüb videomu montaj edib. Manyakdır, belələri hər zaman olur. Başqaları da onlardan götürüb paylaşır. İnsanın daxilində əqidə, vicdan olmalıdır. Onların vicdanı yoxdur. Boş insanlar da oturub videoya şərh yazır. Mənim səhifəmdə niyə elə şərh yazan yoxdur? Belələrinə vətən düşməni deyirəm. Sənətkara, Bəxtiyar Vahabzadəyə elə hərəkət edən düşməndir. Sənin nə ixtiyarın var, mənim dediyim şeiri yozasan?”

O, bu tip videoların reytinq xətrinə düzəldiyini qeyd edib:

“Məleykə sevilir, hara çıxır reytinq toplanır. Belə addım atdılar ki, reytinq qazansınlar. Sizlərlə Allah bilsin, siz bədbəxtsiniz. Hərdən deyirəm ki, nahaq bu səhnəyə gəldim. Mən hamıya yaxşılıq diləyən, sadə insanam. Burada nə işim var”.