Məmurlara və hərbçilərə qumar oyunları QADAĞAN EDİLDİbackend

Məmurlara və hərbçilərə qumar oyunları QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda məmurlara və hərbçilərə qumar oyunları qadağan edilib.

interpress.az xəbər verir ki, müvafiq qanunu respublika prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Bildirilir ki, Qazaxıstanda məmurlara və hərbi qulluqçulara qumar oynamaq və mərc oyunlarında iştirak etmək qadağan edilib.

Qeyd olunur ki, sənəddə xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, büdcə təşkilatlarının rəhbərlərinə də müvafiq qadağa nəzərdə tutulub. Qanunu pozsalar, işdən çıxarılacaqlar.

Bundan əlavə, qanun Borcluların Vahid Reyestrinə daxil edilmiş şəxslərin qumarda iştirakını qadağan edir.

İyunun əvvəlində Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) məmurlar, təhlükəsizlik işçiləri və hərbçilər üçün qumar və mərc oyunlarını qadağan edən qanun layihəsini qəbul edib. Sənəddə nəzərdə tutulan məhdudiyyətlərin pozulması xəbərdarlıq edilmədən işdən çıxarılma ilə nəticələnəcək.

Xuraman Etibarlı

İnterpress.az