Mərkəz sədri Türkiyəyə başsağlığı verdibackend

Mərkəz sədri Türkiyəyə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, iş xanımı Məlahət Qurbanova İstanbulda baş vermiş partlayışa görə qardaş Türkiyəyə başsağlığı verib.

İnterpress.az-a açıqlama verən Mərkəz sədri bildirib ki,:

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzi və öz adımdan həyatını itirən qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Əminik ki, qardaş Türkiyə dövləti bu xain terrorçuların başında duran şəxsləri tezlikcə cəzalandıracaq. Bir daha canımız bir qanımız bir qardaşlarımızın dərdlərinə şərik olduğumuzu bildiririk. Əmin olun ki sizin acınız bizim acımızdır. Başımız sağolsun. Allah Türkiyəmizi qorusun.

Qeyd edək ki, İstiqlal prospektində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.