Məşhur müğənni 75 yaşını QEYD EDİRbackend

Məşhur müğənni 75 yaşını QEYD EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya səhnəsinin primadonnası Alla Puqaçovanın 75 yaşını qeyd edir.

İnterpress.az xəbər verir ki, bu barədə Lenta.Ru məlumat yayıb. Bildirilir ki, rusiyalı məşhur estrada müğənnisi Alla Puqaçova bu gün 75 yaşını qeyd edir.  yazır ki,

Primadonna 1949-cu il aprelin 15-də Moskvada anadan olub.

Puqaçova 2010-cu ildə səhnəni tərk edib və o vaxtdan yalnız televiziya proqramlarında və yaradıcılıq gecələrində iştirak edib.

Karyerası ərzində ifaçı 17 solo disk buraxıb, sənətçinin satdığı albomların ümumi sayı 250 milyonu keçib.

Puqaçova “SSRİ xalq artisti” fəxri adı, “Vətənə xidmətə görə” ordeni, “Qızıl qrammofon” və “İlin mahnısı” mükafatlarının dəfələrlə laureatıdır.

Sənətçinin ən məşhur hitləri “Arlekino”, “Oxuyan qadın”, “Bir milyon qırmızı qızılgül”, “Bu dünya” və “Məni özünlə çağır”dır.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Puqaçova Rusiyanı tərk edərək əri, şoumen Maksim Qalkinlə birlikdə İsrailə gedib.

Müğənni 75 illik yubileyi ərəfəsində “Ağlayıram” mahnısını təqdim edib. Mətn və musiqi 5 il əvvəl bəstəkar Leonid Aqutin tərəfindən özünün 50 illik yubileyi üçün yazılıb.

Xuraman Etibarlı

İnterpress.az