Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq veribbackend

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

Bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihələr barədə qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Toplantıda “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul edilib.