Rusiyanın Xalq artisti Leonid Kuravlev vəfat edib.
İnterpress.az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya Kinematoqrafçılar İtitfaqından xəbəri təsdiqləyiblər. Qeyd olunur ki, o, 86 yaşında dünyasını dəyişib.
“Leonid Vyaçeslavoviç vəfat edib, biz onun oğlu ilə əlaqədəyik”, – ittifaqdan agentliyə bildirilib.
Aktyorla vida və vəfat mərasiminin tarixi dəqiqləşdirilir.
Aktyor “Afonya”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz”, “Ən füsunkar və cazibədar”, “Qızıl buzov” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.