Mişel: “Ukrayna Aİ sammitində diqqət mərkəzində olacaq”backend

Mişel: “Ukrayna Aİ sammitində diqqət mərkəzində olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Avropa İttifaqının (Aİ) sammitində diqqət mərkəzində olacaq”

Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel təşkilata üzv ölkələrinin dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubunda bildirib.

O qeyd edib ki, dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Aİ sammitinin bir günlük iclas şəklində təşkil edilməsi və əsas diqqətin strateji məsələlərə yönəldilməsi planlaşdırılır.

Bundan başqa, Ş.Mişel vurğulayıb ki, bu il Aİ-nin enerji mənzərəsini radikal şəkildə dəyişib və bu vəziyyət ittifaq ölkələrinin birgə fəaliyyət göstərməsinə daha çox ehtiyac olduğunu göstərib.