MN: Azərbaycan Ermənistanın terror aktlarına döyüş meydanında cavab veribbackend

MN: Azərbaycan Ermənistanın terror aktlarına döyüş meydanında cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ermənistan tərəfinin törətdiyi hərbi cinayətlərə, terror aktlarına döyüş meydanında cavab verib.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant, Rəşad Əhmədov deyib.

O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı.

“Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayını qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüş meydanında verdi”, – MN rəsmisi vurğulayıb.