Molla rejimi soydaşımızı yenidən həbs elədibackend

Molla rejimi soydaşımızı yenidən həbs elədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan və noyabrın 2-də 3 milyard tümən girov qarşılığında müvəqqəti olaraq Urmiyə zindanından buraxılan milli fəal Cavad Əhmədi Yekanlı yenidən həbs edilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə o, oyabrın 18-i gecə saatlarında təhlükəsizlik əmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Milli fəalın həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilməsə də, onun son günlər Xoy şəhərində baş verən etiraz aksiyaları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, oktyabrın 2-də Xoy şəhərindəki ata evində həbs edilən Cavad Əhmədi Yekanlı, ayın 19-da Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına, bir neçə gün sonra isə Urmu şəhər zindanına köçürülüb.

O, bundan öncəki illərdə də bir neçə dəfə dinc milli-mədəni fəaliyyətlərinə görə həbs edilib.

İnterpress.az