Moskvanın mərkəzində zəncirvari yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Moskvanın mərkəzində, Bağça Halqasında (Sadovoye Koltso) dəhşətli qəza baş verib.
Nömrəsiz “BMW” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücü “dama” (yüksək sürətlə zolaqlararası manevr) oyunu oynayıb.
Nəticədə idarəetməni itirən sürücü yolun kənarındakı maneəyə çırpılıb, daha sonra beş zolağı keçərək qarşı tərəfə çıxıb və bir neçə avtomobil, eləcə də motosikletlə toqquşub.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb. Hadisə zamanı motosikletçinin başının qopduğu bildirilir.
Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xuraman Etibarlı
İnterpress.az






