300-ə yaxın xarici şirkət Rusiyanın paytaxtı Moskva şəhərində öz fəaliyyətini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Moskvanın meri Sergey Sobyanin açıqlayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra çox sayda xarici şirkət Rusiyada fəaliyyətini dayandırdığını elan edib.