Mövcud olmayan uşaq üçün müavinət alan qadın MƏHKUM EDİLDİbackend

Mövcud olmayan uşaq üçün müavinət alan qadın MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburq şəhərində uşaq müavinətləri ilə bağlı dələduzluqda ittiham olunan qadın məhkəmə qarşısına çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Prokurorluğun məlumatına görə, o, mövcud olmayan uşaq üçün saxta doğum şəhadətnaməsi düzəldib və bu ilin iyun ayında sosial siyasət idarəsinə sənədlər təqdim edib.

Nəticədə qadın dövlət vəsaiti hesabına 826 min rubldan (təxm. 17 min 300 man) çox məbləğdə müavinəti qanunsuz şəkildə alıb.

Təqsirləndirilən şəxs günahını tam etiraf edib və dövlətə dəymiş zərəri ödəyib.

Verx-İset rayon məhkəməsi onu 100 min rubl (təxm. 2 100 man) cərimə cəzasına məhkum edib.

Xuraman Etibarlı

İnterpress.az