Mövlud İşık: “Fransa senatının qəbul etdiyi qətnamə tərəflidir, qərəzlidir və qəbuledilməzdir”backend

Mövlud İşık: “Fransa senatının qəbul etdiyi qətnamə tərəflidir, qərəzlidir və qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axısxa Türkləri olaraq Fransa Senatının qəbul etdiyi qətnamə layihəsini pisləyir, hər zaman olduğu kimi haqlı mövqeyində qanımızla, canımızla Azərbaycanın yanında olduğumuzu bildiririk.

Bu sözləri İnterpress.az-a açıqlamasında Dünya Ahıska Türkləri Birliyi (DATÜB) İdarə Heyətinin üzvü və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” ictimai Birliyinin sədr müavini Mövlud İşık deyib.

“Cənab Ali Baş Komandan İlham Əliyevin üzərindən hərbi formanı hələ də çıxartmamasının əslində nə qədər doğru bir qərar olduğunu bir daha görürük. Sülh tək tərəfli olmur. Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə layihəsi tərəflidir, qərəzlidir və qəbuledilməzdir. Axısxa Türkləri olaraq Fransa Senatının qəbul etdiyi qətnamə layihəsini pisləyir, hər zaman olduğu kimi haqlı mövqeyində qanımızla, canımızla Azərbaycanın yanında olduğumuzu bildiririk”, – o əlavə edib.

İnterpress.az